- Köhnə - Dünya
- 18 Sentyabr 2018 15:32
- 3 271
Makrona daha bir zərbə
Daha bir nazir postundan gedir
Fransa Nazirlər Kabinetinin tanınmış nümayəndələrindən olan ekologiya naziri Nikolas Hulotun bir ay əvvəlki istefasından sonra daxili işlər naziri Cerard Kollomb da növbəti il vəzifəsindən gedəcəyini açıqlayıb.
AzNews.az “Sputniknews”a istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makrona ən sadiq nazir kimi tanınan Kollombun vəzifədən getmə səbəbi kimi Lion şəhər bələdiyyəsinin sədri olmaq istəməsi göstərilib.
Qeyd edək ki, son vaxtlar Fransada Emmanuel Makronun reytinqi düşməyə başlayıb.
Nurlan AĞA
AzNews.az