- Köhnə - Dünya
- 18 Sentyabr 2018 23:12
- 5 486
Putin rus təyyarəsinin vurulmasının səbəbini açıqladı
Rusiya prezidenti Vladimir Putin Suriyada İl-20 təyyarəsinin vurulmasının səbəbini açıqlayıb.
AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, Putin İsrail baş naziri Binyamin Netanyahu ilə telefon söhbəti zamanı hadisənin təhlükəli insidentlərin qarşısının alınmasına dair Rusiya-İsrail anlaşmalarına riayət olunmaması üzündən baş verdiyini bildirib.
Rusiya prezidenti İsrail tərəfini gələcəkdə bu cür hallara yol verməməyə çağırıb.
Qeyd edək ki, İl-20 Suriya Hava-Hücumundan Müdafiə qüvvələrinin açdığı atəş nəticəsində məhv edilib.
AzNews.az