- Köhnə - Dünya
- 19 Sentyabr 2018 10:39
- 4 412
ABŞ ordusunu hərəkətə gətirdi - Hücum bölüyü Aralıq dənizində
ABŞ hərbi dəniz donanması Aralıq dənizində hərbi əməliyyata başlayacağını bildirib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki,məlumatda “USS Harry Truman” adlı təyyarə daşıyıcısı və onu müşayiət edən hücum bölüyünün Aralıq dənizindəki 6-cı donanmanın fəaliyyət göstərdiyi bölgədə əməliyyata başladığı qeyd edilib.
Əməliyyatın səbəbi kimi NATO müttəfiqləri, Avropa və Afrikadakı partnyor ölkələr, koalisiya birliklərinə dəstək, həmçinin ABŞ-ın Avropa və Afrikadakı milli təhlükəsizliyi qorumaq göstərilib.
6-cı donanmanın vitse-admiralı Liza Franketti “USS Harry Truman” təyyarə daşıyıcısının Aralıq dənizində olduğu müddətcə bütün növ su əməliyyatlarını yerinə yetirəcəklərini vurğulayıb.
Nurlan AĞA
AzNews.az