- Köhnə - Dünya
- 19 Sentyabr 2018 19:07
- 3 054
Qətər İngiltərədən qırıcı alır
Qətərlə İngiltərə arasında döyüş təyyarələrinin alqı-satqısı üzrə müqavilə imzalanıb.
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, imzalanan müqaviləyə əsasən 24 ədəd “Tayfun” tipli döyüş təyyarəsi və 9 ədəd “Hawk'” tipli təlim təyyarəsi alınacaq.
Təyyarələrin 2022-ci ildə Qətərə təhvil verilməsi gözlənilir.
Beləliklə, Qətər İngiltərədən “Tayfun” döyüş təyyarəsi alan 9-cu ölkə oldu.
AzNews.az