Rusiya Su-57 PAK-FA və S-500 yer-hava raket batareyaları ilə yanaşı bir sıra yeni nəsil silahların təkmilləşdirilməsini planlaşdırmağa başlayıb. Rusiya Su-57 PAK-FA və S-500 yer-hava raket batareyaları ilə yanaşı bir sıra yeni nəsil silahların təkmilləşdirilməsini planlaşdırmağa başlayıb.

Rusiyanın böyük planı- S-500 və ya Su-57-ni unudun

Rusiya Su-57 PAK-FA və S-500 yer-hava raket batareyaları ilə yanaşı bir sıra yeni nəsil silahların təkmilləşdirilməsini planlaşdırmağa başlayıb.

AzNews.az-ın məlumatına görə, ordu.az “National Interest”ə istinadən xəbər verir ki, rusiyalı hərbi dairələr bunun ölkənin gələcək müdafiə ehtiyaclarından dolayı zəruri olduğunu irəli sürürlər.

Qeyd edək ki, hazırda Rusiya 2027-ci ilə qədər dövrü əhatə edən Dövlət Silahlanma Planını tətbiq edir. Bu proqram çərçivəsində Rusiyanın müdafiə sənayesinin daha da təkmilləşdirilməsi və ordudakı yerli və qabaqcıl silahların payının artırılması planlaşdırılır.

Kreml bu proqramla xərcləri azaltmaqla yanaşı ordunun qüdrətini də gücləndirməyi hədəfləyib. Rusiya prezidenti Vladimir Putin Sovet dövrünün mütəxəssislərinin təqaüdə çıxmasından sonra Rusiya müdafiə sənayesinin öz bacarıqlarını itirdiyini və bunun tez bir şəkildə bərpa edilməli olduğunu düşünür.

O, həm də beşinci nəsil Su-57 qırıcı təyyarə, S-500 havadan müdafiə sistemi, “Layihə 677” sualtı qayığının Rusiya ordusunun gələcyi üçün əhəmiyyətli olduğu qənaətindədir.

Qeyd edək ki, yuxarıda qeyd edilən proqram çərçivəsində çoxsaylı inkişaf layihələri həyata keçiriləcək ki, bunlardan 21-i 2015-ci ildə təsdiqlənib.

AzNews.az