- Köhnə - Dünya
- 25 Sentyabr 2018 10:53
- 15 466
Xorvatiya prezidenti Lavrovla görüşəcək
Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç BMT Baş Assambleyası çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşmək istədiyini açıqlayıb.
AzNews.az Rusiyanın “TASS” informasiya istinadən xəbər verir ki, yaxın iki gündə Rusiya XİN rəhbəri ilə görüşəcəyini bildirən Xorvatiya prezidenti “Lavrov mənim xarici işlər naziri olduğum vaxtdan bəri çoxdankı dostumdur”, - deyib.
Qeyd edək ki, hazırda BMT Baş Assambleyasının ABŞ-ın Nyu-York ştatında 73-cü sessiyası keçirilməkdə davam edir.
Nurlan AĞA
AzNews.az