- Köhnə - Dünya
- 29 Sentyabr 2018 19:50
- 4 186
Modriç hansı mobil telefondan istifadə edir - Bu qədər də yox
İlin futbolçusu mükafatını qazanan "Real" Madridin yarımmüdafiəçisi Luka Modriç "iPhone 5S" smartfonundan istifadə edir.
Türkiyə mətbuatı xəbər verir ki, "Real"la ardıcıl 3 dəfə Çempionlar Liqasının qalib olan, "Xorvatiya" millisi ilə dünya çempionatına çıxan L. Modriç bir neçə gün əvvəl "Qızıl top" mükafatını qazanıb.
Kriştianu Ronaldu və Lionel Messenini geridə qoyan xorvat ulduz 29 faiz səs toplayıb. O bildirib: "Layiq olub-olmadığım mübahisəsinə qoşulmaq istəmirəm. Mənə dəstək verən hər kəsə təşəkkür etmək istəyirəm".Mükafatlandırma mərasimində telefonla danışan ulduz futbolçunun "iPhone 5S"dən istifadə etməsi diqqətlərdən yayınmayıb. Qeyd edək ki, bu smartfonun qiyməti Azərbaycan bazarında təqribən 600 manata satılır. ( sonxeber.az)
AzNews.az