- İşin içi
- 13:08
- 1 104
Rəqəmsal sektor üçün sosial sığorta haqlarında yeni dərəcələr təklif olunur - ŞƏRH
Azərbaycanda rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrində fəaliyyət göstərən şirkətlərdə çalışan şəxslər üçün məcburi dövlət sosial sığorta haqlarının yeni qaydada hesablanması təklif edilir.
Aznews.az xəbər verir ki, bu, “Sosial sığorta haqqında” qanuna təklif edilən yeni 14.3-1-ci maddədə nəzərdə tutulub.
Layihəyə əsasən, texnologiyalar parkının rezidentləri istisna olmaqla, sözügedən sahələrdə sahibkarlıq fəaliyyəti göstərən sığortaedənlərdə çalışan sığortaolunanların muzdlu işdən əldə etdiyi aylıq gəlirlər üzrə sosial sığorta haqları fərqli dərəcələrlə tətbiq olunacaq.
Təklif olunan yeni sistemə görə:
-
200 manatadək aylıq gəlir üzrə sosial sığorta haqqı ümumilikdə 14 % olacaq. Bunun 2 %-i işçinin gəlirindən tutulacaq, 12 %-i isə işəgötürənin vəsaiti hesabına ödəniləcək.
-
200 manatdan 8 000 manatadək gəlirlər üzrə sosial sığorta haqqı ümumilikdə 12 % müəyyən edilir. İşçinin payı 6 manat və 200 manatdan yuxarı hissənin 5 %-i, işəgötürənin payı isə 44 manat və həmin hissənin 7 %-i olacaq.
-
8 000 manatdan yüksək gəlirlər üzrə sosial sığorta haqqı ümumilikdə 10 % səviyyəsində nəzərdə tutulur.
Təklif olunan dəyişikliklər rəqəmsal iqtisadiyyat, süni intellekt və innovasiya sahələrində fəaliyyət göstərən şirkətlər üçün ayrıca sosial sığorta mexanizminin yaradılmasına yönəlib.
Nuray, Aznews.az