- Köhnə - Dünya
- 2 Oktyabr 2018 07:32
- 7 502
Maduro BMT-də ən uzun nitq söyləyib - Bu il
Venesuela prezidenti Nikolas Maduro BMT Baş Assambleyasının 73-cü sessiyasının Yüksək səviyyəli ümumsiyasi müzakirələrərində ən uzun nitq ilə çıxış edib.
AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə mətbuat konfransı zamanı sessiyanın sədri Mariya Fernanda Espinosa Qarses bildirib.
Sədr deyib: "Bu il ən uzun nitq 48 dəqiqə davam edib, ən qısa isə - 5 dəqiqədən az. Ən uzun nitqlə Venesuela prezidenti çıxış edib, ən qısa nitqlə isə - Litva prezidenti".
Qeyd edək ki, BMT Baş Assambleyasında ən uzun nitqlə Kuba inqilabının lideri Fidel Kastronun 1960-cı ildə çıxış edib. Onun çıxışı 4 saat 29 dəqiqə davam edib.
AzNews.az