- Köhnə - Dünya
- 11 Aprel 2013 19:02
- 2 205
Döyüşlərdə 50-dən çox adam ölüb
Yerli fəallar qeyd edir ki, Suriya ordusunun hücuma keçməsi ötən gün Deraa şəhərində hökumət qüvvələrinin bir hissəsinin müxalifət düşərgəsinə keçməsindən sonra baş verib.
Qeyd edək ki, məhz bu vilayətdə iki il əvvəl prezident Bəşər Əsədə qarşı üsyan başlamışdı və bu region Suriya müxalifəti üçün strateji əhəmiyyət daşıyır.
Human Rights Watch təşkilatı ötən gün Suriya hökumətini mülki əhaliyə qarşı planlaşdırılmış zərbələr endirməkdə ittiham edib. Təşkilatın məruzəsində bu zərbələr hərbi cinayət adlandırılıb.
AzNews.az