- Köhnə - Dünya
- 13 Aprel 2013 07:57
- 2 264
Obama Putindən 3 dəfə çox pul qazanıb
Bu barədə məlumat ABŞ-ın prezident ailəsinin Ağ ev tərəfindən açıqlanan vergi bəyannaməsində yer alıb.
2011-ci illə müqayisədə Obama ailəsi təxminən 200 min dollar az qazanıb. 2010-cu ildə isə Barak və Miel Obamaların gəlirləri xeyli yüksək olmuşdu - 1,7 milyon dollar olmuşdu.
ABŞ prezidenti rusiyalı həmkarı Vladimir Putindən üç dəfə çox qazanıb. Ötən axşam Vladimir Putinin də gəlirləri açıqlanıb. O, ötən il 5,8 milyon rubl və ya təxminən 190 min dollar qazanıb.
Ümumilikdə isə Obamanın qazancı o qədər də yüksək deyil. Məsələn, onun gəliri Ukrayna prezidenti Viktor Yanukoviçdən xeyli az olub.
Aprelin əvvəllərində elan edildi ki, Ukraynanın dövlət başçısı 2,5 milyon dollar qazanıb. Ukrayna liderinin prezident maaşı cəmi 97 min dollar olub. Amma Viktor Yanukoviç banklardakı əmanətlərinin faizi kimi yarım milyon dollardan çox qazanc əldə edib. O, kitab nəşrindən müəllif qonorarı olaraq daha 2 milyon dollar alıb.
AzNews.az