“Abxaziya dəmiryolunun bərpası Gürcüstanın marağındadır”

"Abxaziya dəmiryolunun bərpası heç zaman gündəmdə olmayıb. Bu, bir təşəbbüs və ideya kimi irəli sürülüb". APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata APA-nın sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Gürcüstan tərəfi bu cür layihələrin həyata keçirilməsinin əleyhinə deyil: "Bu sadəcə ideyadır və heç bir zaman gündəmdə olmayıb. Bir təşəbbüs kimi Abxaziya dəmiryolunun bərpasında Gürcüstanın marağı var".

Nazir bildirib ki, Abxaziya dəmiryolunun bərpası məsələsi bu gün də gündəmdə deyil: "Ölkə ərazisində nə qədər dəmiryolu, körpü və tunel olarsa, bu həmin ölkənin xeyrinədir".

AzNews.az