Alimlərimiz Özbəkistanda

Bu gün Özbəkistanın paytaxtı Daşkənd şəhərində "Dünya mədəniyyəti kontekstində orta əsr əlyazmalarının rəqəmsal kataloqlarının yaradılması" Mərkəzi Asiya-2013 (Central Asia–2013) mövzusunda beynəlxalq konfrans keçirilir.

AMEA-dan APA-ya verilən məlumata görə, M.Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, şərqşünas alim, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadə, Bakı Dövlət Universitetinin fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Səbirə Nemətzadə çıxış edəcək.

Elektron informasiya resurslarının elmdə, təhsildə, mədəniyyətdə və biznesdə tətbiqi işində təsirli və səmərəli əməkdaşlıq üçün informasiya-kitabxana müəssisələri, təhsil müəssisələri, arxivlər, muzeylər və digər təşkilatların fəaliyyətinin artırılması məqsədi ilə keçiriləcək konfransın əsas təşkilatçısı Özbəkistanın Milli Kitabxanasıdır.

Qeyd edək ki, konfrans aprelin 22-dən 26-dək davam edəcək.

AzNews.az