- Köhnə - Dünya
- 30 Aprel 2013 19:22
- 2 146
Mer üzr istədi
Yaponiyanın paytaxtı Tokionun valisi (meri) üzr istəyib
Naoki İnose 2020-ci ildə keçiriləcək Olimpiyada Oyunlarına ev sahibliyi etmək üçün yarışdığı İstanbul haqında dediklərindən peşman olub.
Eyni zamanda Olimpiya Komitəsinədə rəhbərlik edən Naoki İnose İstanbulun Tokio müqayisədə az inkişaf etdiyini və oyunlara ev sahibliyi etmək üçün kifyət qədər imkana sahib olmadığını demişdi. Bundan əlavə o, "İslam ölkələrinin Allahdan başqa ortaq dəyəri yoxdur. Daima öz aralarında savaşırlar" ifadəsinidə istifadə etmişdi.
Yapon rəsmi istifadə etdiyi ifadələrin kobud olduğunu deyəərk, sözlərini geri götürdüyünü açıqlayıb.
AzNews.az