İraqdan Türkiyəyə ittiham yağışı

İraqın müdafiə naziri ölkədə yaşanan son nümayişlər və iğtişaşların arxasında Türkiyənin olduğunu bildirib

İraq müdafiə naziri Sadun əl-Duleymi bildirib ki, hökumət əleyhinə keçirilmiş son etiraz nümayişlərinin arxasında Türkiyə olub.
"Bu nümayişlər terrorçular və qatillərin əsas yatağı oldu. Nümayişləri xarici casuslar idarə edib. Onlardan əsasları isə Türkiyə olub", - deyə nazir bildirib.

Anbar, Mosul və Samara kimi şəhərlərin Osmanlı imperatorluğunun bir parçası olduğunu bildirən nazir bu şəhərlərin qapılarını İstanbul və digər ölkələrə açanların utanc keçirməli olduğunu bildirib.(anspress)

AzNews.az