Homoseksual olduğunu deyən almaniyalı kişi 17 illik həyat yoldaşı, oğlu və gey sevgilisiylə eyni evdə yaşayır Homoseksual olduğunu deyən almaniyalı kişi 17 illik həyat yoldaşı, oğlu və gey sevgilisiylə eyni evdə yaşayır

Arvadının üstünə kişi günü gətirdi - VİDEO

Homoseksual olduğunu deyən almaniyalı kişi 17 illik həyat yoldaşı, oğlu və gey sevgilisiylə eyni evdə yaşayır




Almaniyanın Hannover vilayətində homoseksual olduğunu açıqladıqdan sonra həm arvadı, həm də kişi sevgilisi ilə birgə yaşamağa başlayan 60 yaşlı Evald K. gündəmdən düşmür.

Evald 17 illik arvadı Erika və oğlu Elmara bir gün homoseksual olduğunu və həmcinsi ilə sevgili olduğunu etiraf edib. Bu etirafından sonra isə kişi ikinci bir şoku da ailəsinə yaşadıb. Belə ki, o ailəsindən kişi sevgilisi ilə birgə qalmaq üçün icazə alıb. "Sizdən,yəni ailəmdən ayrılmaq istəmirəm,sizi də çox sevirəm. Amma mənim kişi sevgilim də bizimlə qala bilərmi?"-,deyə o, ailəsindən soruşub. Maraqlıdır ki, Evaldın ailəsi də onun bu istəyinə qarşı çıxmayıb,ona razılıq veriblər. Hazırda onlar hamısı bir yerdə yaşayırlar və hazırki vəziyyətlərindən məmnundurlar. Pensiya yaşına çatmış Evald K. kişi sevgilisi ilə yemək hazırlayır, ev işlərində də həyat yoldaşı Erikaya köməklik edirlər.

Bu vəziyyətdən məmnun olduğunu söyləyən Erika "Ərim başqa bir kişi ilə sekslə məşğul olur. Yaxınların onun bu hərəkətini qınayır,amma mən buna öyrəşmişəm. Mənim həyat yoldaşım yaxşı bir insandır və biz onunla birgə xoşbəxtik"-, deyə bildirib.

Xəyalə
AzNews.az