Sabah Ərdoğan Barak Obama ilə görüşəcək - VİDEO

Amerikada rəsmi səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Vaşinqtonda görüşləri 5 gün davam edəcək.

Səfər öncəsi keçirdiyi mətbuat konfransında Rəcəb Tayyib Ərdoğan görüşlər zamanı əsas müzakirələrin Suriya məsələsi ətrafında olacağını deyib. Ərdoğanın Vaşinqton səfərindən gözləntilər də az deyil. Məsələn, bir çoxları belə güman edir ki, Yaxın Şərqdəki vəziyyətlə bağlı Türkiyənin strategiyası heç şübhəsiz Amerika ilə məsləhətləşdikdən sonra irəli sürülüb. Təkrar məsləhətlərə də ehtiyac olduğundan bu səfərin baş tutması real idi.

Rəcəb Tayyib Ərdoğanın bu gün dövlət katibi Con Kerri ilə, sabah isə prezident Barak Obama ilə görüşü planlaşdırılır. Bu səfər zamanı bir neçə məsələnin müzakirəsi nəzərdə tutulsa da, əsas məsələ Suriya olacaq.Cənab Ərdoğan Barak Obamaya təsir göstərməyə çalışacaq ki, Amerika Suriya münasibətində daha qəti və sərt mövqedə olsun, müxalifətə və üsyançılara daha çox yardım göstərsin. Bundan başqa Ərdoğanın, eyni zamanda, kürd məsələsi və İranın nüvə silahı məsələsini müzakirə etməsi gözlənilir.//anspres//

AzNews.az