Amerika prezidenti olmuş Con Kennedinin gündəliyindən bəzi hissələr Almaniyada çap edilib Amerika prezidenti olmuş Con Kennedinin gündəliyindən bəzi hissələr Almaniyada çap edilib

Prezident Hitleri “əfsanə” adlandırıb

Amerika prezidenti olmuş Con Kennedinin gündəliyindən bəzi hissələr Almaniyada çap edilib




Gündəliyində Kennedi Almaniya və Hitlerə heyran olduğunu bildirib.
Kennendi qeydlərində Hitlerə "cənab" deyə müraciət edib və hətta onu "əfsanə" adlandırıb.

Bu sətirləri diplomat ailəsini gənc üzvü olan Kennendi İtaliya və Almaniyada istirahətdə olarkən qələmə alıb. "Frankfurter Allgemeine" həmin gündəlikdəki bəzi hissələri dərc edib. Kennedi faşizmlə bağlı də fikirlərini gündəliyində yazıb: "Mən belə qənaətə gəldim ki, faşizm İtaliya, nasional-sosializm Almaniya, kommunizm Rusiya, demokratiya isə Amerika və Böyük Britaniya üçün uyğundur. Nə zamansa faşizm kommunizmlə toqquşacaqmı?"

Maraqlıdır ki, hətta 1945-ci ildə müharibə Almaniyanın məğlubiyyəti ilə başa çatandan sonra da Kennendi Hitlerin əfsanəyə çevriləcəyini vurğulayıb.

Elnarə Əlosmanqızı
AzNews.az