Bu gün səhər saatlarında keçirilən xüsusi əməliyyat zamanı “Qafqaz Əmirliyi”nin “hərbi əmiri” Camaley Mutaliyev öldürülüb Bu gün səhər saatlarında keçirilən xüsusi əməliyyat zamanı “Qafqaz Əmirliyi”nin “hərbi əmiri” Camaley Mutaliyev öldürülüb

Qafqazın “hərbi əmiri” öldürüldü

Bu gün səhər saatlarında keçirilən xüsusi əməliyyat zamanı “Qafqaz Əmirliyi”nin “hərbi əmiri” Camaley Mutaliyev öldürülüb



"Qafqaz Əmirliyi"nin əmri Doku Umarovun "sağ əli" sayılan 37 yaşlı Camaley Mutaliyev və 27 yaşlı Alixan Oxdoyev İnquşetiyanın Qamurziyevskiy qəsəbəsindəki bir evdə mühasirəyə alınıb.

İnquşetiyanın rəhbəri Yunus-Bek Yevkurov deyib ki, Camaley Mutaliyevə dəfələrlə təslim olmaq təklif edilsə də, o, bundan imtina edib. Atışma zamanı Mutaliyev və Oxdoyev öldürülüb.

Qeyd edək ki, Camaley Mutaliyev yaraqlıların maliyyə resursları və silahla təchizatına məsul olub. O, 2012-ci ilin avqustunda Vladiqafqaz bazarında və 2012-ci ilin sentyabrında Çermen kəndində polis postunda törədilən terror aktının əsas təşkilatçısı sayılır. (lent.az)

AzNews.az