Avropa Birliyinə sədrlik Litvaya keçdi

Bu gün Avropa Birliyinə sədrlik Litvaya keçir.

APA-nın məlumatına görə, Vilnüs sədrlik dövründə energetika, Baltik regionu ölkələrinin inkişafı və Avropa Birliyinin xarici sərhədlərinə nəzarət məsələlərinə diqqət yetirəcək. Bundan başqa Litva Avropa Birliyinin şərq qonşuları – Ukrayna, Azərbaycan, Ermənistan və Gürcüstanla, uzunmüddətli perspektivdə isə Belarusla əməkdaşlığı gücləndirmək niyyətindədir.

Bu çərçivədə noyabrda Vilnüsdə "Şərq Tərəfdaşlığı" ölkələrinin sammitinin keçirilməsi planlaşdırılır.

AzNews.az