Baş nazir Harri Poter olmaq istəyir


Böyük Britaniyanın baş naziri Devid Kamerun dünyaca məşhur Harri Poter romanının müəllifi Coan Roulinqdən danışıb. Onun sözlərinə görə, Coan Roulinq dahi yazardır və böyük məmnuniyyətlə "Harri Poter" olmaq istədiyindən danışıb. Astanada tələbələr qarşısında çıxış edən baş nazir Devid Kamerunun sözlərinə görə, istənilən normal düşüncəli adam Harri Poterin yerində olmaq istəyərdi. "Mənim qızımın 9 yaşı var. O hələ indi-indi Harri Poter haqqında kitablar oxumağa başlayıb. Mən də onunla bir yerdə oxuyuram və başa düşürəm ki, Harri Poter necə xoşbəxt qəhrəmandı. Onun yerində kim olmaq istəməzki?", - deyə nazir bildirib.

Kamerunun sözlərinə görə, xarici səfərlərə getməkdən heç vaxt yorulmayıb. Ancaq əsas problemi həyat yoldaşı Samanta üçün darıxmağıdır. "Mən xarici ölkədə səfərdə olanda yoldaşım üçün çox darıxıram. Ona görə çalışıram səfərlərimi həftəarası edəm ki, həftə sonuna evdə olam. İstirahət günlərimi ailəmlə keçirməyi çox sevirəm".

Aynur Hüseynova
AzNews.az