- Köhnə - Dünya
- 6 İyul 2013 10:29
- 1 007
Obama Mursini müdafiə etdi

APA-nın məlumatına görə, Obama Misirin tezliklə demokratik idarəetmə formasına qayıdacağına ümidvar olduğunu bildirib.
ABŞ prezidenti Misir ordusunu Mursi tərəfdarlarını həbs etməkdən çəkinməyə çağırıb və insan haqlarına hörmətlə yanaşılmasının vacibliyini vurğulayıb. O, xüsusi xidmət orqanlarına Mursinin hakimiyyətdən gedişinin ABŞ siyasətinə mümkün təsirini araşdırmaq üçün dəyərləndirmə hazırlamağı tapşırıb.
AzNews.az