İrlandiya parlamentində biabırçılıq - VİDEO

Ölkədə "qucaq qalmaqalı"na etiraz olunub

İrlandiya Milli Məclisində qadın millət vəkilinin kişi millət vəkilinin qucağına oturması ölkədə narazılığa səbəb olub.

"Qafqazinfo"nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, parlamentdə fasilə zamanı deputat Tom Barry yanından keçən qadın həmkarı Aine Collinsin qolundan tutaraq qucağında oturdub. Qadın deputat isə bu zarafata heç bir reaksiya verməyib. Nəticədə, qucaq qalmaqalı ölkə mediasının gündəm mövzusu olub. Bir neçə millət vəkili baş verən hadisəyə etiraz edərək onların vəzifədən azad olunmalarını tələb ediblər.



AzNews.az