ABŞ ordusu Qırğızıstanı tərk edəcək

2001-ci ildən Bişkekin Manas hava limanından mübahisələrə səbəb olan ABŞ hərbi bazasının Qırğızıstandan çıxarılacağı tarix açıqlanıb.

Verilən məlumata görə, ABŞ ordusu 11 İyul 2014-cü ilə qədər Manas hava limanını tərk edəcək.

Məsələ ilə bağlı Qırğızıstan xarici işlər nazirinin müavini Ernes Otorbayev bildirib ki, razılaşmaya əsasən ABŞ hərbi bazası 11 İyul 2014-cü ilədək Qırğızıstandan çıxaracaq.

Elman
AzNews.az