- Köhnə - Dünya
- 26 İyul 2013 18:15
- 1 819
49 yaşlı kişi hirslənib anasını eyvandan atdı

Milli.Az DHA-ya istinadən bildirir ki, 49 yaşlı Coşkun Kalkan 84 yaşlı anası Makbule Güneşleri 5-ci mərtəbədəki mənzilin eyvanından aşağı atıb.
Qadın yerə dəyərək həlak olub.
Hadisə yerinə çağırılmış polis C.Kalkanı həbs edib.
Polisdə verdiyi ifadəsində ana qatili deyib: "Evdə oturmuşdum, qulağıma qəribə səslər gəldi. Səslər deyirdilər: "Anan səni aldadır, yalan danışır. Qardaş və bacıların doğma deyil, ögeydirlər. Mən də sinirləndim, anamı eyvandan atdım".
AzNews.az