Bəşər Əsəd cəbhədə əsgərlərlə görüşdü - VİDEO

Suriyada yaşanan müharibə Ramazan ayında da bütün şiddəti ilə davam edərkən, dövlət başçısı Bəşər Əsəd əsgərlərə mənəvi dəstək üçün onlarla görüşüb.


Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bir müddət əvvəl müxaliflərin idarəsində olan Deraya qəsəbəsinə gedən prezident Əsəd, cəbhədə döyüşən əsgərləri ziyarət edib. Ordunun quruluş ildönümü səbəbi ilə danışan Əsəd zəfərdən əmin olduğunu söyləyib.

Əsədə bağlı ordu qüvvələrinin müxaliflərin əlində olan Hums şəhərində başladığı əməliyyatlarda isə böyük bir partlama yaşanıb. Müxaliflər orduya aid silah anbarını raketlə vurub. Şiddətli partlayış zamanı vətəndaşların da olduğu 40 insan həyatını itirib. Partlayışda 120 adam yaralanıb.

Suriyada kimyəvi silah istifadə edildiyi iddialarını araşdıracaq Birləşmiş Millətlər Təşkilatının heyətinin isə bir neçə gün içində ölkəyə gedəcəyi açıqlanıb.



AzNews.az