Öldürülən tibb bacısı, xəyanətkar hamilə arvad və qatil ər - FOTO

Çinin Heylunszyan vilayətində törədilmiş cinayət ölkəni şoka salıb.


CCTV dövlət telekanalı bu olaya dünən 3 saatlıq veriliş həsr etmişdi.

Milli.Az China.org-a istinadən bildirir ki, 17 yaşlı Hu Yixuanın qətlini araşdıran polis tükürpədici təfərrüatları əldə edib.

Gənc tibb bacısını özünü hamilə qadın kimi təqdim edən qadın evə çağırıb, sonra isə ərinə "təhvil verib".

Ər tibb bacısını zorlamağa çalışanda qızı boğaraq öldürüb, sonra da qurbanının cəsədini çamadana qoyaraq arvadı ilə şəhər kənarına aparıb.

Heylunszyan vilayətinin Szyamusi şəhərində yaşayan Tan adlı qadın ərinə xəyanət etmişdi.
Daha doğrusu, o, evdə məşuqu ilə yataqda olarkən qəflətən işdən qayıdan Hu Szintao yataq otağına keçir, arvadını məşuqunun qucağında görür.

Məşuq pəncərədən atılaraq qaça bilir.
Hu Szintao arvadını vurur, yerə yıxır və təpikləməyə başlayır.
Bu zaman Tan ərinə deyir: "Məni öldürmə, sənə bakirə qız taparam".

Nə qədər inanılmaz olsa da, ər xəyanətkar arvadının təklifini qəbul edir.
Bir şərtlə: Tan əri Hu Szintaoya bakirə məşuqə tapandan sonra "rədd olub evdən getməli" idi.

Aldadılmış ərlə xəyanətkar arvad razılaşırlar.
Ertəsi gün Tan şəhər xəstəxanasına zəng vuraran tibb bacısı Hu Yixuanla danışmaq istədiyini deyir.

O, Hunu tanıyırdı: çünki hamilə qadınların müayinə olunduğu şöbədə işləyən Hu iki dəfə Tanın müayinəsində iştirak etmişdi.
Hu ilə danışaraq onu evə çağıran Tan "sancılarım var, lütfən, baxın" demişdi.

Hu da Tanın yaşadığı evə yollanır.
Mənzilin qapısını döyən Hunu içəri buraxırlar.
Tan çarpayıda uzanıb "müayinə"ni gözləyirdi.
Ev sahibəsi tibb bacısına yoqurt təklif edir, Hu da təklifi qəbul edərək yoqurtu yeyir.

Halbuki yoqurta yuxu dərmanı qatılmışdı.

Heilongjiang Morning Post bildirir ki, Hu Yixuana yaxınlaşanda isə qəflətən onu arxadan tutur, çarpayıya yıxır.
17 yaşlı tibb bacısı onu zorlamağa çalışan kişini vurur, yumruqlayır, cırmaqlayır.

Hu Szintao "inadkar qız"ı sakitləşdirmək və qışqırmasına yol verməmək üçün onun ağzını adyalla bağlayır.

Fəqət, o, gücünü hesablamadığından Hu Yixuan boğulur.
Shanghaiist.com-un məlumatına görə, tibb bacısının öldüyünü görəndə ərlə arvad onu böyük çamadana qoyaraq şəhər kənarındakı zibilliyə atmaq qərarına gəlirlər.

Onlar şəhər dəmiryol vağzalının yanından keçəndə videomüşahidə kameraları ərlə arvadı çəkiblər.
Polis qatili tezliklə tapıb.

Polisdən verilən məlumata görə, onlara Hu Yixuanın mobil telefonu "yardım edib". Belə ki, Hu hamilə Tanın evinə yollanmazdan əvvəl dostlarından birinə yazmışdı: "Hamilə xala var, onun evinə gedirəm. Yardım etməliyəm".

AzNews.az
image description image description image description image description image description