Fəzaya danışan robot buraxıldı

Yaponiya Beynəlxalq Kosmik Mərkəzi üçün quraşdırılmış raket fəzaya çıxıb.

Lent.az-ın "BBC"-yə istinadən məlumatına görə, raketin göyərtəsində kosmonavtlarla ünsiyyət saxlamaq üçün danışan robot da var. "Kirobo" adlı bu robot komandaları qəbul etməklə yanaşı, ötən danışıqları təhlil edərək, yeni cavablar hazırlayıb söyləyir.

Alimlər qeyd edib ki, onlar əvvəllər eşidilmiş danışıqlar əsasında süni intelektin imkanlarını öyrənmək istəyir.

AzNews.az