Məhbuslar arasında qarşıdurma; 3 ölü, 9 yaral

Hondurasın Tamara şəhərində həbsxanalardan birində məhbuslar arasında qarşıdurma baş verib.

Yerli medianın verdiyi məlumata görə, qarşıdurma həbsxanaya yeni köçürülən qrup üzləri ilə "18" adlı quldur dəstəsinin üzvləri arasında yaranıb.

Nəticədə 3 nəfər həyatını itirib, 9 nəfər isə xəsarət alıb. Xəsarət alanlar arasında qarşıdurma zamanı tərəfləri sakitləşdirməyə çalışan 3 polis əməkdaşı da olub. Onlar güllə yarası ilə xəstəxanaya yerləşdiriliblər. Polislərdən birinin vəziyyəti ağır hesab edilir.

Hadisə ilə bağlı ölkə prezidenti Porfiro Lobo da xüsusi tapşırıqlar verib. Həbsxanada asayiş bərpa olunana kimi məhbuslara nəzarət edilməsi üçün xüsusi hərbi qüvvələr cəlb olunub.

Qeyd edək ki, məhbuslar arasında üsyanın nədən baş verdiyi hələlik məlum deyil. Polis hadisə ilə bağlı araşdırma başladıb. Statistikaya görə, Honduras ən çox məhbus ölümləri baş verən ölkələrdən biridir. Burada il ərzində 150-ə yaxın məhbus həbsxana özbaşınalığının və intizamsızlığın qurbanı olur./anspress/

AzNews.az