Seul KXDR-i sənaye zonası ilə bağlı son danışıqlara çağırır

Cənubi Koreya hökuməti KXDR-i sənaye zonasının işinin bərpa edilməsi ilə bağlı son danışıqlara çağırır. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, Cənubi Koreyanın birləşmə məsələləri üzrə nazirliyinin nümayəndəsi Kim Xen Sok qeyd edib ki, Şimali Koreya ilə səmimi münasibətlər arzulayan Cənubi Koreya xalqının səbri tükənir.

Məlumata görə, Kim Xen Sok bunu bir həftə öncə Pxenyanın analoji açıqlama ilə çıxış etməsinə cavab olaraq bildirib.

"Əgər Şimali Koreya Keson sənaye zonasında biznesmenləri və işçiləri incitməyə son qoymaq istəyirsə, texnoparkı iki ölkə arasında "sınaq daşı" hesab edirsə, o zaman susmamalıdır, bəyanatlara və fəaliyyətinə görə, məsuliyyət daşıdığını isbatlamalıdır" - deyə nazirliyin nümayəndəsi bildirib.

AzNews.az