Müxalifətə ağır zərbə

Suriyanın Şam şəhərinə bağlı Adra bölgəsində Əsəd qüvvələri müxalifət qüvvələrini pusquya salaraq məhv edib.

Anspress-in Suriya mətbuatına istinadən verdiyi məlumata görə, Əsəd ordusunun qəfil basqını nəticəsində 62 müxalifətçi öldürülüb. Suriya İnsan Haqları Təşkilatı bu məlumatı təsdiq edib.

Suriyanın Sana agentliyinin yaydığı məlumatda isə qeyd olunur ki, Şamın Şərqi Guta bölgəsində baş verən qarşıdurmada "terrorçu" adlandırılan onlarla müxalifətçi öldürülüb.

AzNews.az