Arvadını öldürdükdən sonra şəklini “facebook“da paylaşdı

Polis 31 yaşlı Mayami sakini Dereka Medini öz həyat yoldaşını öldürdüyünə görə saxlayıb. Medin qətlə yetirdiyi həyat yoldaşının cəsədinin fotosunu çəkərək Facebook sosial şəbəkəsində paylaşıb.

Derek Medin qətlə yetirdiyi arvadının fotosunun altından bu sözləri də yazıb:

"Məni ya həbs, ya da ölüm cəzası gözləyir. Hamınızı sevirəm və sizin üçün darıxacam. Özünüzü qoruyun, uşaqlar, məni xəbərlərdə görəcəksiniz... Arvadım məni döyürdü və artıq buna dözmək fikrində deyildim. Elədiyimi elədim. Ümid edirəm ki, məni anlayacaqsınız".

Fotoda aydın görünür ki, qadın küncdə uzanıb, onun əlləri və başı qanın içindədir.

Facebook-un nümayəndələri isə qeyd ediblər ki, Derek Medinin profili artıq blok olunub və şəkil serverdən silinib. Bu barədə polisə də məlumat verilib.

Polis dərhal hadisə yerinə gəlib.

Medinin sözlərinə görə, hadisə baş verən günün səhəri arvadı ilə mübahisə ediblər. Cennifer onu tərk edəcəyini söyləyib və bıçağı götürərək Medini vurmaq istəyib. Kişi bıçağı qadının əlindən ala bilsə də, qadın onu yumruqla vurmağa başlayıb. Medin isə onu güllələyib.

Faciə baş verən zaman evli cütlüyün 10 yaşlı qızı da evdə olub və o, qonşu otaqda gizlənib. O xəsarət almayıb.

Kişi etdiklərini anlayandan sonra öz valideynlərinin evinə gedib və baş verənləri onlara danışıb. Bundan sonra Facebook-da etdiklərini etiraf edib, daha sonra polisə zəng vurub.

Bundan əvvəl Medin İnternetdə ailə psixologiyası və şəxsi inkişaf haqqında yazdığı kitablara görə məşhurlaşmışdı.

AzNews.az