Somalidə hərbi sursat daşıyan təyyarə partladı

Somalinin paytaxtı Moqadişo hava imanına enməkdə olan hərbi-nəqliyyat təyyarəsi yerə çırpılaraq yanmağa başlayıb.

APA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, yanan təyyarədən partlayış səsləri eşidilib. "Life News" xəbər verir ki, təyyarə Afrika İttifaqının hərbi qüvvələri üçün silah-sursat daşıyırmış.

Hadisə zamanı az 4 nəfərin öldüyü bildirilir. Təyyarədə ümumilikdə 6 nəfər olub, digər 2 nəfərin taleyi hələlik naməlumdur. Moqadişo hava limanı müvəqqəti olaraq bağlanıb.


AzNews.az