“Bəy” İtaliyaya qaçdı

Məşhur iş adamı Özbəkistandan getdi

Özbəkistanda adı bir çox qalmaqallı cinayət işlərində hallanan, "Bəy" ləqəbli məşhur iş adamı Səlim Abduvəliyev İtaliyaya qaçıb. Məlumatına görə, 63 yaşlı iş adamı bir neçə dəfə istintaqa çağırılıb və daha sonra gözlənilmədən yoxa çıxıb. İş adamının istintaqa çağırılması barədə xəbərləri ilk olaraq müxalifət mətbuatı yayıb. Müxalifət nəşrləri bildirib ki, Səlim Abduvəliyev Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyi tərəfindən dindirilib.

O qalmqalllı cinayət işi olan "MTS Özbəkistan"la bağlı dindirilib. İş adamı "MTS Özbəkistan"ın keçmiş rəhbəri Behzad Əhmədovun ailəsi ilə bərabər ölkəni tərk etməsinə yardım etməkdə də günahlandırılıb. Ona qarşı həmçinin Çinin ZTЕ və Huawei şirkətləri ilə keçmiş baş nazirin müavini Abdulla Arifov arasında vasitəçi olmaqla bağlı da ittiham irəli sürülüb. İş adamı Özbəkstanda böyük nüfuza malik olan az sayda şəxslərdən biridir. Amerikanın bu ölkədəki keçmiş səfiri Purnellin bəzi rəsmi mənbələrdə yazdığına görə, bu şəxs vaxtaşırı olaraq yüksək dövlət vəzifələri ilə "alver" edib.

O, əsasən yerli icra orqanları rəhbərlərinin və Daxili İşlər Nazirliyinin yerli bölmələrinə rəhbər təyinatnda həlledici söz sahibi olub. Onun dostları arasında Aleksandr Karelin. Alimcan Toxtaxunov, Lev və Mixail Çyorniy, Renat Açkurin daxil olmaqla bir çox kriminal avtoritet olub. "Юрист" jurnalının məlumatına görə, rəsmi biznesi ilə yanaşı Abduvaliyev həm də Əfqanıstandan Avropaya narkotik tranzitinə nəzarət edib.

Elnarə
AzNews.az
image description