BMT qapalı toplantı keçirdi



Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası Misirdəki hadisələrə həsr olunan qapalı toplantı keçirib. Toplantıda işveçli diplomat, BMT baş katibinin müavini Yan Eliassonun məruzəsi dinlənilib. Ancaq toplantının təfərrüatları açıqlanmır. Xatırladaq ki, Misir Səhiyyə Nazirliyinin rəsmi açıqlamasına görə 14 avqust hadisələri zamanı 638 nəfər həlak olub.

Elnarə
AzNews.az