Toqquşmalarda ən azı 90 nəfərin öldüyü bildirilir Toqquşmalarda ən azı 90 nəfərin öldüyü bildirilir

“Müsəlman qardaşları”nın 1000-dən çox üzvü həbs edildi

Toqquşmalarda ən azı 90 nəfərin öldüyü bildirilir

Misirdə cümə namazından sonra keçirilən aksiyada "Müsəlman qardaşlar"ın mindən çox üzvü həbs olunub.

APA-nın məlumatına görə, polis 558 nəfəri Qahirədə, 446 nəfəri isə digər şəhərlərdə həbs edib. Dünən Qahirədə baş verən toqquşmalarda ən azı 90 nəfərin öldüyü bildirilir. Ölənlərin arasında polis əməkdaşları da var. "Müsəlman qardaşlar" tərəfdarlarını hər gün aksiyalara çıxmağa çağırıb.

AzNews.az