- Köhnə - Dünya
- 27 Avqust 2013 11:46
- 2 362
“Erməni soyqırımı“nın tanınması tələb olunur - Misirdə
Hüquqşünas Əhməd İraki Nassirin sözlərinə görə, o artıq "soyqırım"ın tanınması ilə bağlı sənədləri Misirdə aidiyyəti qurumlara yazılı şəkildə təhvil verib. Onun sözlərinə görə, rəsmi Qahirə təqdim edilən sənədə müsbət cavab verməli, əks halda o "ədalətin" bərpası üçün başqa addımları atacağını bildirib. Təqdim edilən sənəddə türklərin 11-ci əsrdən 20-ci əsrə kimi ermənilərə qarşı "törətdiyi" qondarma erməni soyqırımının gedişatı vurğulanır.
Hökumət nümayəndəsi Məhəmməd Səəd Seyrin sözlərinə görə, artıq 24 ölkənin soyqırımı tanıması Misirin də bu məsələni müzakirə etməli olduğunu zəruri edib. Misirlə Türkiyə münasibətlərinin gərginləşdiyi bir dönəmdə belə bir qərarın qəbul edilməsi Türkiyə üçün müsbət nəticələnməyək.
Aynur Hüseynova
AzNews.az