- Köhnə - Dünya
- 28 Avqust 2013 11:42
- 3 585
Obama yenə ağladı
Onun sözlərinə görə, 2013-cü ilin istehsalı olan "The Butler" filmindən təsirləndiyi qədər hələ heç bir filmdən təsirlənməyib.
Məlumat üçün deyək ki, film real hadisələr əsasında Li Denielsin rejissorluğu ilə çəkilib. Filmin əsas süjet xətti 34 il ərzində müxtəlif ABŞ prezidentlərin hakimiyyətləri dövründə Ağ evdə çalışan xidmətçinin haqlarının tapdalanması ilə bağlıdır. Filmdə xidmətçi prezidentdən dərisinin qara rəngdə olmasına görə deyil, işinə görə, əmək haqqının verilməsini istəyir.
"The Butler"ə şərh verən prezident Obamanın sözlərinə görə, filmə baxarkən o, təkcə Ağ evdə çalışan xidmətçiləri deyil, illər uzunu məhz dərisinin qara olmasına görə, təhqir edilən insanların çəkdiyi əzabları xatırlayıb.
Aynur Hüseynova
AzNews.az