- Köhnə - Dünya
- 29 Avqust 2013 19:00
- 2 899
Ana bətnində körpə sözləri eşidir və yadda saxlayır
Bətndəki dölün beyni tam formalaşmasa da, o, öyrənmək və yadda saxlamaq bacarığına malikdir.
Alimlər fin dilində mənası olmayan, 3 hecalı "tatata" sözünü dəfələrlə tələffüz edərək bətndəki dölün hafizəsini araşdırıblar.
Hamiləliyin 29-cu həftəsindən başlayaraq doğuşa qədər aparılan araşdırmada qadınların yanında yüzlərlə dəfə "tatata" kəlməsi söylənilib.
Doğuşdan sonra kəlmənin deyildiyi uşaqların beyin fəaliyyəti öyrənilib.
Məlum olub ki, ana bətnində olarkən dəfələrlə "tatata" kəlməsini eşitmiş uşaqların beyni bu sözə güclü reaksiya verib.
Kəlməni eşitməyən uşaqların beynində isə heç bir reaksiya olmayıb.
Fin alimlərin hesabatında bildirilir ki, hamilə qadınlar bətnlərindəki dölün eşitdiyi sözlərə reaksiya verdiyini bilməlidir.(milli.az)
AzNews.az