Sərxoş kişi arvadından qaçmaq üçün traktorla sərhəddi pozdu

Sərxoş ukraynalı arvadından qaçmaq üçün çox qəribə bir üsul seçib. Rusiyada yaşayan ukraynalı sərhəddi qeyri-qanuni olaraq traktorla keçərək vətəninə qayıtmaq niyyətinə düşüb.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Xarkovda sərhədyanı kəndlərin birində sərhədçilər həmin 48 yaşlı sərxoş ukraynalını saxlayıb.

Ukraynalı bildirib ki, bir müddət vətəndaş nikahında oladuğu qadının evində yaşayıb. Ancaq yola getmədiklərindən kişi arvadını qoyaraq Ukraynaya qaçmaq qərarına gəlib.

Onun sərhəddi qanunsuz olaraq keçməyə cəhd etdiyi traktor alınıb, özü barədə isə məhkəmənin qərar çıxaracağı gözlənilir.

Elnur
AzNews.az