Mail.ru “Facebook“un səhmlərini satdı

Rusiyanın "Mail.Ru Group" sərmayə qrupu özündə olan Facebook-un bütün səhmlərini satıb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Mail.Ru xarici şirkətdən ayrıldığını bəyan edib.

Şirkətin məlumatında deyilir ki, 2013-cü ildə "Mail.Ru Group" Facebook-a məxsus 14,2 milyon səhmi sataraq 525 milyon dollar qazanc əld edib.

Qeyd edək ki, Mail.Ru Facebook sosial şəbəkəsinin səhmlərini 2010-cu ildə almışdı. Bu hadisə Mail.Ru-nun "Digital Sky Technologies" (DST) holdinqi ilə birləşməsindən sonra baş vermişdi.

AzNews.az