ABŞ Suriyanı 3 günə yerlə-yeksan edəcək - PLAN

Pentaqon Suriyanı 72 saatda bitirəcək

ABŞ-ın Suriyanı vurmaq barədə planları konkretləşib.
AzNews.az-ın xarici mətbuata istinadən məlumatına görə, "Los Angeles Times" qəzeti ABŞ-ın Suriyaya hücum planından yazıb.
Qəzet iddia edir ki, ABŞ Suriyanı 72 saat davamlı olaraq bir bombardman edəcək.

Xəbərə görə, Ağ Ev son bir neçə gündə Pentaqondan vurulacaq hədəflərin siyahısının genişləndirilməsini istəyib. ABŞ həmçinin, Suriyanın və ya müttəfiqlərindən birinin ABŞ-a və ya müttəfiqlərinə hücum etməsi ehtimalını da nəzərə alıb. Belə bir hücum olarsa, Suriya yenidən və daha uzunmüddətli vurulacaq. Xəbərdə həmçinin o da bildirilir ki, Suriyaya hücum zamanı Aralıq dənizindəki Hava Qüvvələrindən də istifadə edilək.

Elman
AzNews.az