“Quran“ı yandırmaq istəyən rahib həbs olundu

İslam əleyhdarı kimi tanınan amerikalı pastor Terri Cons 2998 ədəd Qurani-Kərim nüsxəsini yandırmağa cəhd edərkən həbs olunub. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu haqda Associated Press agentliyi xəbər yayıb.

Polis Consu və onun köməkçisini Florida ştatının Malberri şəhərində həbs edib. Pastor deyib ki, yandırmaq istədiyi Quran nüsxələrinin sayı 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş vermiş faciə qurbanlarının sayına bərabər olub.

Qeyd edək ki, 2011-ci ilin martın 20-də T.Cons Floridadakı kilsələrin birində 50 nəfərin gözü qarşısında Quran nüsxəsini yandırıb. Onun bu əməli dünyada geniş rezonansa səbəb olub.

AzNews.az