- Köhnə - Dünya
- 12 Sentyabr 2013 18:10
- 2 528
Partiya seçkiyə porno roliklə gedir - ETİRAZ

Partiya tərəfindən hazırlanan və dövlət televiziyasında nümayiş olunan reklam roliki, porno məzmunlu olduğu üçün böyük mübahisə yaradıb. Bu səbəbdən dövlət kanalının göstərdiyi görüntülər YouTube-dən yığışdırılıb.
"Ailə üçün bir kömək" adını daşıyan iki dəqiqəlik reklam rolikində cinsi əlaqəyə girən bir cütün buzlanmış görüntüləri göstərilir. Dünən axşam Almaniyanın dövlət televiziyası ikinci kanalı ZDF-də göstərilən görüntüləri Youtube "Biz Alman qanunlarına tabe deyilik" deyərək silib.
ZDF, seçki rolikini hazırlamadan əvvəl hüquqşünaslarla məsləhətləşdiklərini, onların seçki kampaniyasına və hüquqa zidd bir şeyin olmadığını dediklərini bildirib.
Elman
AzNews.az