Fransa mətbuatındakı karikatura Yaponiyanı qəzəbləndirdi

Fransada "Lö Kanar Anşene" (Zəncirlənmiş ördək) qəzetinin Yaponiyanın 2020-ci il Olimpiya oyunlarını ilə əlaqədər karikatura dərc etməsi rəsmi Tokionun qəzəbinə səbəb olub.


Qeyd edək ki, karikaturada sumo güləşçilərinin çəliklə döyüşməsi təsviri öz əksini tapır. Döyüşçülərin bu vəziyyəti isə Yaponiyadakı nüvə reaktoru sızması ilə əlaqələndirilir. Yaponiya hökuməti karikaturla bağlı qəti etirazını bildirib. Baş nazirin sözçüsü Yoşihide Suqanın sözlərinə görə, bu, tsunami zamanı fəlakətdən əziyyətçəkənlərin hissiyatına toxuna bilər.

"Bu cür karikaturalar Fukusimada zərərçəkənlərə qarşı təhqirdir. Və Daiçi Nüvə Zavodunda baş verənlərlə bağlı yalnış təəssürat yaradır. Mən bunu doğru hesab etmirəm və bu barədə Fransa səfirinə hökumətin etirazlarını bildirəcəm", - deyə Yaponiyanın baş nazir sözçüsü Yoşihide Suqa bildirib.

Qəzetin məhkəməyə veriləcəyi də istisna edilmir.


AzNews.az