Hind gözəli “Miss Amerika” seçildi


Miss Amerika titulunu ilk dəfə olaraq Hindistan əsilli gözəl qazanıb. Müsabiqənin final mərhələsi Atlantik-Sitidə keçirilib. ABC telekanalı ilə canlı yayımlanan proqramda 24 yaşlı Nina Davuluri 15 finalçı arasında seçilib.

Ümumilikdə isə müsabiqəyə 52 nəfər qatılıb. Qızlar təkcə gözəlliklərini nümayiş etdirməklə kifayətlənməyib həm də münsiflər heyətinin suallarını cavablandırıblar .

Müsabiqənin qalibi "Miss Amerika" titulu ilə yanaşı 50 min dollar da qazanıb.

Qeyd edək ki, 17-24 yaşlı qızların gözəllik müsabiqəsi 1921-ci ildən keçirilir.

Elnur
AzNews.az