Əsədin təyyarəsi vuruldu

Türkiyənin Hatay rayonunun Yayladağı mahalının qarşı tərəfində Suriya ərazisində bir döyüş təyyarəsi və ya helikopterin müxaliflər tərəfindən vurulub salındığı iddia edilib. İddiaya görə, Suriya ərazisində uçan hərbi helikopter saat 14:00-da havada partlayandan sonra Yayladağı mahalındakı Torpaqtutan Polis Bölməsindən 400 metr uzaqdakı bölgəyə düşüb. "Haberler.com"un xəbərinə görə, helikopterin düşməsi nəticəsində iki pilotun paraşütlə atlayaraq xilas olduğu, ancaq yerə endikdən sonra müxaliflər tərəfindən öldürüldüyü bildirilib.

Xəbər "Axar.az"dan gəlir