Sudanda qəbilə döyüşləri: 51 ölü, 45 yaralı

Sudanın qərbindəki Darfur əyalətində iki qəbilə arasında baş vermiş silahlı qarşıdurma nəticəsində 51 nəfər ölüb.


Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, ər-Rəziqat və Əl-Məaliyə qəbilələri arasında ərazi mübahisəsi səbəbindən yaranan atışma zamanı 51 nəfər həlak olub, 45-dən çox şəxs isə yaralanıb.

Xatırladaq ki, adıçəkilən qəbilələr arasında ötən ay baş vermiş toqquşmalarda 100-dən çox şəxs ölmüşdü. Hökumət nümayəndələri qəbilələri barışdırsa da, mübahisə yenidən qızışıb.

BMT-nin məruzəsinə görə, Darfurda təhlükəsizlik problemləri səbəbindən ölkə rəhbərliyi üsyançılarla mübarizə məqsədi ilə qəbilələri silahlandırır ki, bu vəziyyət də tayfa arasında gərginliyi artırır.

AzNews.az