"Coca-Cola" üzr istədi

"Coca-Cola", Kanada bazarına təqdim etdiyi markası Vitaminwater üçün keçirilən bir kampaniya zamanı məhsulun qapaqlarından birində səhvən ‘sən axmaqsan’ (you retard) yazısına görə üzr istədi.

Şirkətin mətbuat katibi bu ifadənin diqqətsizlikdən yazıldığını bildirib. Katib hər qapağın altında gözəl bir ingilis kəlmə ilə bir fransız kəlmə yazdığını deyib.

Fransızca işlədilən "retard" kəlməsi "gec qalmış və ya təxirə salınan" mənasını verir. Amma ingilis dilindəki ifadənin mənası nəzərdən qaçdığına görə müştərilərdən üzr istədi.(teleqraf.com)

AzNews.az