Dünyanın ən zəngin cütlükləri - Siyahı

"Forbes" jurnalı ən çox qazanan məşhur cütlüklərin siyahısını açıqlayıb. Siyahıya Beyons və əri başçılıq edir.


Amerikalı müğənni Beyons və həyat yoldaşı musiqiçi, prodüser Jay Z-nin illik gəlirləri 95 milyon dollar olduğunu bildirib.

Jay Z, "Watch the Throne" diski ilə platin val qazanıb və dünya turu çərçivəsində ABŞ-da verdiyi hər bir konsertdən 1,4 milyon dollar əldə edib. Beyonsun "Mrs Carter" dünya turu isə məşhur cütlüyə 1 gecədə 2 milyon dollar gəlir gətirib. Jay Z musiqi karyerası ilə bərabər prodüserliklə məşğul olur. Beyonsun isə özünün geyim və parfum kolleksiyası var.

Siyahıda ikinci yerdə amerikalı futbolçu Tom Bredi ilə braziliyalı model Gisel Bundxen gəlir. Cütlüyün illik gəliri 80 milyon dollardır.Bredi keçən il "New England Patriots" ilə 30 milyon dollarlıq müqavilə bağlayıb.

Siyahının 3-cü pilləsində Hollivud ulduzları Bred Pitt və Ancelina Coli dayanır. Cütlüyün illik gəlirinin 50 milyon dollar olduğu təxmin edilir.

Mila Kunis və Eşton Kutcer 4-cü pillədə qərarıaşıblar. Cütlük son bir ildə 35 milyon dollar.

Sonuncu pillənin sahibi isə erməni porno ulduz Kim Kardaşyan və Kanye Westdir. (anspress)

AzNews.az
image description image description image description image description image description image description